29.11.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş kitabxana sisteminin 1 saylı kitabxana filialında 28.11.2022-ci il tarixində Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar “Qadın zorakılığı və onun fəsadları” başlığı altında müzakirə keçirildi.Tədbiri 1 saylı kitabxana filialının müdiri Məlikova Züleyxa açaraq “Qadın zorakılığına yox deyək” mövzusunda çıxış etdi.Tədbirdə Mehdi Mehdizadə adına 4 saylı məkəbin müəllimləri və IX b sinif şagirdləri iştirak edirdi. Məktəbin tarix müəllimi Əfsanə Sadıqova və Azərbaycan dili müəllimi Esmira Zeynalova məişət zorakılığının növlərindən,psixoloji və cinsi zorakılıq haqqında danışdılar. Tədbir şagirdlərlə birlikdə diskussiya şəklində sona yetdi.